Ukrayna mediası İlham Əliyevin Almaniyaya səfərinə geniş yer ayırıb

13:37 22.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın aparıcı informasiya agentlikləri və xəbər portalları Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərini geniş işıqlandırıb.

Hafta.az xəbər verir ki, "Ukrinform", "RBK-Ukrayna", UNİAN, "İnterfaks-Ukrayna", "Ukraynska Pravda", "Korrespondent", LB.ua, Tsenzor.net və digər informasiya agentlikləri, xəbər portallarında Azərbaycan Prezidentinin Almaniya Kansleri ilə birlikdə mətbuata bəyanatından materiallar yayıblar.

Məqalələrdə Azərbaycanın Avropaya, o cümlədən Almaniyaya qaz tədarükünün əhəmiyyəti, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolu, Bakıda Almaniya və Rusiya nümayəndələrinin görüşünə dair fikirlər yer alıb./AZƏRTAC/

Siyasət rubrikasından digər xəbərlər