Xarici dil fənləri üzrə imtahan modeli

15:00 22.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə 2027-ci ildə tətbiq olunacaq imtahan modeli açıqlanıb.

Bu barədə Hafta.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, DİM-in təşəbbüsü, Elm və Təhsil Nazirliyi, regional təhsil idarələrinin dəstəyi ilə 2026-cı il aprel-iyun aylarında respublikanın paytaxt şəhər və regionlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərində xarici dil fənləri üzrə 2027-ci ildə tətbiq olunacaq imtahan modeli və nəzərdə tutulan dəyişikliklər ilə bağlı xarici dil müəllimləri üçün seminarlar keçirilmiş, onlara müvafiq metodiki tövsiyələr verilib.

Həmin seminarlarda təqdim edilən resursları buradan əldə edə bilərsiniz.

Qeyd edək ki, bu təqdimatdan həm müəllimlər, həm də şagirdlər yararlana biləcək.