ƏƏSMN-nin və Dövlət Agentliyinin əməkdaşları təltif edilib

15:06 31.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Hafta.az xəbər verir ki, Sərəncama əsasən, sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilirlər:

“Tərəqqi” medalı ilə

Bayramova Rəfiqə Haley qızı

Əliyev Şücaət Adil oğlu

Həsənov Fərid Həsənbala oğlu

Hüseynov Həsən Ədalət oğlu

Müzəffərova Vüsalə Yaşar qızı

Səfərov Pərviz Mehman oğlu

Səttarova Şəlalə Ağası qızı

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Bayramov Tokay Nəsib oğlu

Fərəcov Elmin İsa oğlu

Hümbətov Sirac Məhəmməd oğlu

Şərifova Aidə Mir Ağa qızı

Şirinova Gülnar Tahir qızı.

***

Bundan başqa, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında da Sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət xidmətlərinin göstərilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aşağıdakı əməkdaşları “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilirlər:

Baxşəliyev Vüsal Şahin oğlu

Bəkirov Namiq Zakir oğlu

Əfəndiyev Zaur Məzahir oğlu

Əliyev Semral Adil oğlu

Əlizadə Murad Fərhad oğlu

Həsənzadə Ülvi Mobil oğlu

Verdiyeva Nigar Famil qızı.