Əfqan qadın diktorlar efirə ÜZLƏRİ ÖRTÜLÜ ÇIXACAQ

13:33 23.05.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Bu ayın əvvəlində Taliban qadınların burqa kimi tam örtülü paltar geyinmədən çölə çıxmasını qadağan edib. Reaksiyalardan sonra bunun öhdəlik deyil, sadəcə “tövsiyə” olduğu bildirilsə də, televiziya aparıcıları və jurnalistlərə də oxşar qadağa qoyulub.

Hafta.az xəbər verir ki, şənbə günü bu qərara müqavimət göstərən qadın aparıcılar dünən ilk dəfə Əfqanıstan televiziyasında çarşablı proqram təqdim ediblər.

Ölkənin ən önəmli nəşrlərindən olan “Tolo News”un aparıcısı Sonia Niazi “Əvvəlcə müqavimət göstərdik. Lakin kanala təzyiqlər oldu və məcbur olduq” deyib. Əvvəllər qadın aparıcılardan hicab taxmaq tələb olunurdu, çadra yox. Ötən gün kanalın kişi aparıcıları da qadın həmkarları ilə həmrəylik əlaməti olaraq qara maska ​​taxaraq efirə çıxıblar.

Oxunma sayı 90