Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Əbdülmətin Kaninin verdiyi açıqlamada ölkədə cinayət nisbətinin əhəmiyyətli dərəcədə azaldığı bildirilib.
Hafta.az-ın “TOLO News”a istinadən yazdığına görə, Kabil şəhər sakini Nasir Əhməd deyib ki, heç kim oğurluq və digər cinayətlər törətmədiyi üçün bu cinayətlər əvvəlki illərlə müqayisədə 70 faiz azalıb. "Ötən il təxminən 36 milyonluq Əfqanıstanda 11800 cinayət törədilib və bu cinayətlərə görə 16600 nəfər məsuliyyətə cəlb edilib. Əvvəlki illərlə müqayisədə cinayətlərin səviyyəsi xeyli azalıb", - məlumatda deyilir.
Əfqan təhlükəsizlik eksperti Əsədullah Nədim isə polis qüvvələrinin peşəkarlaşmalı olduğunu, əks halda cinayət nisbətlərinin yenidən arta biləcəyini bildirib.
Digər əfqan təhlükəsizlik eksperti Sərvər Niyazi hökumətin ictimaiyyətə yeni iş imkanları təklif etməli olduğunu və bunun cinayət nisbətini əhəmiyyətli dərəcədə azaldacağını bildirib.
Əfqanıstanda İslam Əmirliyi iqtidarından əvvəl, ölkədə müharibə olduğu üçün cinayət nisbətləri haqqında etibarlı məlumat yox idi. Lakin məlumdur ki, həmin dövrdə ölkədə oğurluq, insan qaçırma və yol kəsmə halları kifayət qədər geniş yayılmışdı.
Bu arada, mqayisə üçün deyək ki, 2022-ci ildə Türkiyədə 9 milyon cinayət törədilib. Bu da o deməkdir ki, 2022-ci ildə Türkiyədə hər saatda 1000 cinayət qeydə alınıb.