Əfqanıstanda qaçırılan Türkiyə vətəndaşı azad edildi

10:00 20.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünən gecə Əfqanıstanın paytaxtı Kabildə qaçırılan Türkiyə vətəndaşı dərhal əməliyyata başlayan Taliban qüvvələri tərəfindən 24 saat ərzində xilas edilib.

Hafta.az-ın yazdığına görə, Kabilin 9-cu məhəlləsində baş verən hadisədə ötən gün avtomobillə hərəkət edən Türkiyə vətəndaşı silahlı şəxslər tərəfindən oğurlanıb. Hadisədən sonra Talibana bağlı kəşfiyyat bölməsi hərtərəfli araşdırmaya başlayıb. Davam edən istintaq çərçivəsində paytaxt Kabilin on ikinci məhəlləsində bir evə basqın edən kəşfiyyat bölməsinin qüvvələri qaçırılan Türkiyə vətəndaşını azad edib.

Taliban qüvvələri tərəfindən xilas edilən Türkiyə vətəndaşının vəziyyətinin yaxşı olduğu bildirilib.
Qeyd olunub ki, fidyə müqabilində qaçırıldığı iddia edilən Türkiyə vətəndaşı xilas edildikdən sonra Talibana bağlı bölmələr hadisə ilə bağlı istintaqı genişləndirib və bölgənin müxtəlif nöqtələrində əməliyyat keçirib.