Əfqanıstanda qadınlar üçün ticarət mərkəzi açılıb

13:50 29.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanın şimal-qərbindəki Bəlx vilayətinin inzibati mərkəzi olan Məzari Şərif şəhərində sırf qadınlar üçün ticarət mərkəzinin istifadəyə verildiyi bildirilir.

Hafta.az-ın yazdığına görə, ticarət mərkəzi İslam Peyğəmbəri Hz. Məhəmmədin xanımının şərəfinə “Xaticei Kübra” adlandırılıb.

Sözügedən ticarət mərkəzində satıcı işləyən qadın, əvvəllər ayda 400-500 dollar olan dükanların icarəhaqqının öncə 14 dollara endirildiyini söyləyib. Dükanın sahibi Məryəm Cəlali əlavə edib ki, Məzari Şərif bələdiyyə sədrinin göstərişi ilə kirayələr 5 dollara endirilib.

Məryəm Cəlali "heç kimə öz ana-atası belə yaxşılıq etməz" deyib.

“Xaticei Kübra” adlanan ticarət mərkəzində yalnız qadınların alış-veriş etməsinə və mağaza açmasına icazə verilir.