Yazını böyüt
Yazını kiçilt
Əfqanıstan Ali Məhkəməsinin bəyanatında kiçik cinayətlərə görə məhkum olunan bir çox məhbusun Ramazan bayramı ilə əlaqədar azadlığa buraxılacağı bildirilib.
Hafta.az-ın yazdığına görə, Ali Məhkəmənin məsələ ilə bağlı açıqlamasında, Ramazan bayramının yaxınlaşması ilə əlaqədar 2460 məhbusun azad ediləcəyi, 471 məhbusun cəzasının azaldılacağı bildirilib.
Qeyd edək ki, "Taliban" hələ Əfqanıstanda hakimiyyətə gəlməmişdən əvvəl də bayram günlərində çox sayda məhbusu azad edirdi.