ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi CIA-nın məlumatına görə, dünyada əhalisinin ən sürətli artımı olan ölkələrin siyahısı açıqlanıb. Siyahıda xüsusilə Afrika qitəsindəki ölkələr seçilir.
Hafta.az-ın yazdığına görə, dünyanın ən sıx məskunlaşdığı ölkələr uzun illər olduğu kimi qalsa da, sürətlə inkişaf edən ölkələrin əhalinin artım templəri diqqəti cəlb edir. Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatlarına görə, Cənubi Sudan dünyada əhalisi ən sürətlə artan ölkələr siyahısında birinci yerdədir. Cənubi Sudanda əhalinin artım sürəti 4,65 faiz olaraq qeyd edildi. Onu 3,66 faizlə Niger, 3,33 faizlə Anqola izləyir.
Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatlarına görə, əhalisinin ən sürətli artımı olan ölkələr aşağıdakılardır:
Cənubi Sudan 4,65 faiz, Niger 3,66 faiz, Anqola 3,33 faiz, Benin 3,29 faiz, Ekvatorial Qvineya 3,23 faiz, Uqanda 3,18 faiz, Konqo Demokratik Respublikası 3,11 faiz, Çad 3,01 faiz, Mali 2,9 faiz, Zambiya 2,83 faiz.
Afrika qitəsində artan doğum nisbətləri 1900-cü illərdən bəri qitənin əhalisini on dəfə artırıb. Xüsusilə ölüm nisbətlərinin azalması, doğum nisbətlərinin artması ilə birlikdə bütün qitədə sürətli əhali artımına səbəb olur.
Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatlarına görə, dünya əhalisinin pik həddə 2080-ci illərdə çatacağı gözlənilir. Bu proqnoz göstərir ki, əhali artımı meylləri növbəti illərdə də davam edəcək.