Ekvador sahillərində güclü zəlzələ olub

10:52 27.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ekvador sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

Hafta.az-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Santo Dominqo de los Kolorados şəhərindən 135 kilometr şimal-qərbdə, ocağı isə 40 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilməyib.