Elektron siqaretlə bağlı dövlət standartı qəbul ediləcək 

16:58 25.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən elektron siqaretlərlə bağlı dövlət standartının qəbul olunması istiqamətində iş aparılır.

 

Hafta.az xəbər verir ki, bu barədə Dövlət Xidmətindən bildirilib.

 

Qeyd edilib ki, standart layihəsi hazırda dövlət orqanları ilə razılaşdırma mərhələsindədir.