Əli Əsədov Rusiyaya gedib

21:00 11.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 11-də Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyanın paytaxtı Moskva şəhərinə işgüzar səfər edib.

Bu barədə hafta.az-a Nazirlər Kabinetindən bildirilib.

Səfər Rusiya Hökumətinin Sədri Mixail Mişustinin dəvəti ilə baş tutub.

Ə.Əsədov MDB-nin Hökumət Başçıları Şurasının iclasında iştirak edəcək.