Əmək Məcəlləsində yaş həddi 70-ə qaldırılsın – Musa Quliyev

11:49 30.05.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Əmək Məcəlləsində edilən dəyişikliyə görə pensiya yaşı 65-dir. Xüsusilə, dövlət büdcəsindən maliyyələşəşn həkimlər, təhsil işçilərinin həmin yaşda işdən çıxarılması bu sferada ciddi narazılıq yaradır.

Bunu Milli Məclisin bugünkü iclasında komitı sıdri Musa Quliyev Əmək Məcəlləsinə dəyişikliklə bağlı açıqlamasında bildirib.

Təhsil, Səhiyyə sahəsi üzrə peşə sahiblərinin minimim pensiya həddinin olduğunu qeyd edən M.Quliyev bildirib ki, o sahədə işləyən mütəxəssislərin işdən çıxandan sonra başqa iş tapa bilmir və bu da sosial vəziyyətlərinə mənfi təsir edir.

“Ona görə də hesab edirik, yaş həddi insanların çalışma imkanlarına maneə olmamalıdır. Əgər bilik bacarıqları, sağlamlığı buna imkan verirsə işinə davam etməsi dövlət, milət üçün xeyirli olar. Ona görə də təklif edirik ki, Əmək Məcəlləsində dəyişiklik edilən zaman yaş həddi 65-yaşdan 70 yaşa dəyişdirilsin”.