Prezident Rəcəb Tayyib Ərdoğan Nyu Yorkdakı Türk Evində Ahıska türklərini qəbul edib. Türkiyə vətəndaşlığı alan ən yaşlı iki Ahıska türkü - 86 yaşlı Mihrali Mametoğlu və 83 yaşlı Yunus Muradov kürsüyə çıxaraq təşəkkür nitqi söyləyiblər.
Hafta.az-ın yazdığına görə, Mihrali Mametoğlu 8 yaşında sürgünə göndərildiyini və yaşadığı çətinlikləri açıqlayıb. O, çıxışının sonunda Türkiyəyə və prezident Ərdoğana təşəkkür edib.
Yunus Muradov prezident Ərdoğanın hər zaman Ahıska türklərinin tərəfində olduğunu bildirib. O, "Allah Türkiyəni heç vaxt başqalarının əlinə buraxmasın" deyərək prezident Ərdoğana təşəkkür edib.
Prezident Ərdoğan çıxışlardan sonra Türkiyə Cümhuriyyətinin vətəndaşlığını qəbul etmiş Ahıska türklərinə şəxsiyyət vəsiqələri təqdim edib və birlikdə xatirə şəkli çəkdirib.