Ərdoğan Özbəkistana getdi

13:13 29.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfərə yola düşüb.

 

Hafta.az xəbər verir ki, Türkiyə lideri Özbəkistanın paytaxtı Daşkənddə həmkarı Şavkat Mirziyoyevlə görüşəcək. Həmçinin iki ölkə arasındakı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün lazımi tədbirlər müzakirə ediləcək.

 

Görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq.

 

Qeyd edək ki, səfər çərçivəsində müxtəlif müqavilə və anlaşma memorandumlarının imzalanması gözlənilir.