Ərdoğan Putinlə danışıqlar aparacaq

14:50 05.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq.

Hafta.az-ın məlumatına görə, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın TRT telekanalına müshaibəsində deyib.

O bildirib ki, telefon danışığının martın 6-da keçirilməsi nəzərdə tutulub.

İ.Kalın əlavə edib ki, Türkiyə və Rusiya nümayəndələri arasında müxtəlif səviyyələrdə danışıqlar davam edir.