Ermənilər silah-sursatı Qarabağdan Ermənistana daşıyır - KİV

16:33 09.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan polisi növbəti dəfə işğal olunmuş Dağlıq Qarabağdan Ermənistana qaçaqmalçılıq yolu ilə silah gətirilməsini müəyyənləşdirib.

Hafta.az erməni mətbuatına istinadən bildirir ki, Vardenis rayonunda Qarabağdan Ermənistana qayıdan şəxslərin avtomobilində qumbaralar, avtomat və patronlar aşkarlanıb.

Silahlar müsadirə edilib.