Ermənistan İstintaq Komitəsinin sədri də Xankəndinə gəldi - FOTO

14:59 17.12.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Separatçı-terrorçu və işğalçı rejim başçısı Araik Arutyunyan artıq 1 il iki aydır ki, Azərbaycan dövləti tərəfindən İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib    

Bu gün dekabrın 17-də Azərbaycan  Respublikasının Yuxarı Qarabağ torpaqlarının Rusiya hərbi kontingentinin nəzarətində qalan hissəsində quyruq bulayan separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyan  İstintaq Komitəsinin sədri Argişti Kərəmyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Hafta.az xəbər verir ki, bu haqda  Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.

Laçın dəhlizindəki Rusiya hərbçilərinin razılığıyla Azərbaycan dövlət sərhədini pozaraq  Xankəndinə gəlmiş  erməni  nazirlə görüşdə qondarma separatçı xunta ilə “Ermənistan Respublikasının müvafiq strukturları arasında qarşılıqlı əlaqələrin və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib”.

Qeyd edək ki, bu ilin avqustunda Ermənistan İstintaq Komitəsinin keçmiş sədri Ayk Qriqoryanın başçılıq etdiyi nümayəndə heyəti də Xankəndində olub...

Xatırladaq ki, separatçı-terrorçu və işğalçı rejim başçısı Araik Arutyunyan artıq 1 il iki aydır ki, Azərbaycan dövləti tərəfindən İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib...

Siyasət rubrikasından digər xəbərlər