Ermənistan müxalifəti Paşinyana dekabrın 8-dək vaxt verib

20:39 05.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Ermənistanın Azadlıq meydanında mitinq keçirən ölkə müxalıfəti baş nazir Nikol Paşinyanı istefa verməyə çağırıb.

Hafta.az-ın “Sputnik Armenia”ya istinadən məlumatına görə, Daşnaksütun partiyasının nümayəndəsi İşxan Sağatelyan baş nazirə dekabrın 8-i günortayadək vaxt verdiklərini bəyan edib. “Paşinyan və komandası göstərilən vaxtdək isttfa verməsə, bütün Ermənistan ərazisində mülki itaətsizlik hərəkətləri başlayacaq”.

"Paşinyan çərşənbə axşamına qədər istefa verməsə, onu özümüz çıxaracağıq”, - deyə müxalifət fəalı vurğulayıb.