Ermənistan qoşunlarının Dağlıq Qarabağdan çıxarılmasına başlanır

08:50 10.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı vaxtı ilə saat 07:00-dan başlayaraq Ermənistan qoşunlarının Dağlıq Qarabağdan çıxarılmasına başlanır.

Hafta.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildiriblər.

Məlumatda deyilir ki, Rusiya Dağlıq Qarabağ zonasında sülhməramlı kontingentini yerləşdirir, eyni zamanda, Ermənistan qoşunlarının buradan çıxarılmasına başlanır.