Ermənistan-Türkiyə sərhədindəki “Marqara” gömrük məntəqəsində tikinti işləri başlandı  

20:37 13.07.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistan-Türkiyə  sərhədində yerləşən “Marqara” gömrük məntəqəsində tikinti işlərinin 1-ci mərhələsinə başlanılıb.

Hafta.az xəbər verir ki, “Armenpres”in yaydığı məlumata görə, bu barədə Ermənistan hökumətinin müvafiq qərarında bəhs edilib.

“Gömrük postunun tikintisinin podratçısı olan “Artcon” QSC-yə gömrük postunun tikintisinin 1-ci mərhələsinin tikinti-quraşdırma işlərinə görə artıq 140,4 mln. dram ödənilib. Gömrük məntəqəsinin tikintisinin 2-ci mərhələsinin layihə-smeta sənədləri sadələşdirilmiş ekspertizadan keçirilib və müsbət rəy alınıb. Müqavilədə göstərilən məbləğin qalan hissəsi, 110,2 milyon dram, ən azı üç modul pavilyonun dəmir-beton bünövrə plitələrinin yerinə yetirilməsi şərti ilə podratçıya veriləcək.

Xatırladaq ki, Ermənistan Dövlət Gəlirləri Komitəsi (DGK) Ermənistan-Türkiyə sərhədində “Marqara” gömrük məntəqəsinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması üçün mayın 25-də “Arbak and Sons” MMC ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri 28 milyon 291 min dram olub.  Tikinti işlərinin, o cümlədən texniki və müəllif hüquqlarına nəzarət, layihə ekspertizası daxil olmaqla, zəruri avadanlıq və əmlakın dəyəri  732 milyon 805 min AMD( 1 mln. 804 min  261 dollar)təşkil edəcək.

DGK ilə “Arbak and Sons” MMC arasında bağlanmış müqavilənin texniki şərtlərinə əsasən “Marqara” gömrük idarəsində ərazidaxili yollar birmərtəbəli xidmət zalı, iki avtomobil qarajı, iki növbəli istirahət kabinəsi, birmərtəbəli texniki baxış binası, platformalar, iki buraxılış məntəqəsi və birmərtəbəli anbar binası  tikintisi nəzərdə tutulub. 

Qeyd edilib ki, Ermənistanın Armavir mərziniin Marqara və Türkiyənin Alıcan kəndləri bir-birindən bir neçə yüz metr aralıdadır. Kəndləri və ümumiyyətlə əyalətləri 1964-cü ildə üzərində körpü tikilmiş Araz çayı ayırır. Ermənistan-Türkiyə sərhədinin açılacağı təqdirdə daşımalar tikilmiş körpü üzərindən həyata keçiriləcək.