Ermənistanda koronavirusa yoluxanların sayı 160 minə çatır

12:24 02.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda koronavirusa yoluxanların sayı 159 738 nəfərə çatıb.

Hafta.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 329 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 8 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 2836 nəfər koronavirusdan ölüb.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.