Ermənistanda koronavirusdan 27 nəfər öldü

13:10 11.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda koronavirusa yoluxanların sayı 110 687 nəfərə çatıb.

 

Hafta.az  erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 2 000 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

 

Bundan başqa, daha 27 nəfərin ölümü qeydə alınıb.

 

Bugünədək Ermənistanda 1 636 nəfər koronavirusdan ölüb, 40 715 nəfərin müalicəsi isə davam edir.

 

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.