Ermənistanda koronavirusdan ölənlərin sayı 1 300-ə çatıb

12:10 30.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda koronavirusa yoluxanların sayı 87 432 nəfərə çatıb.

Hafta.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 2 398 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 28 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 1 300 nəfər koronavirusdan ölüb, 31 816 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Oxunma sayı 1464