Ermənistanda son sutkada COVID-19-dan 26 nəfər ölüb

11:52 15.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 438 yoluxma halı qeydə alınıb.

Hafta.az-ın erməni mətbuatına istinadən məlumatına görə, bununla da ölkədə COVID-19-a yoluxanların sayı 149 120 nəfərə çatıb.

Ötən sutka ərzində COVID-19-dan daha 26 nəfər ölüb və bununla da koronavirusdan ölənlərin sayı 2 529 nəfərə yüksəlib.