Əsas diqqət Mariupolun müdafiəsinə yönəlib

09:49 06.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Silahlı Qüvvələrinin hazırda əsas diqqəti Mariupol şəhərinin müdafiəsinə yönəlib.

Hafta.az-ın xəbərinə görə, bu, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda bildirilib.

Slobojansk, Tavriya, o cümlədən Çerniqov şəhərinin müdafiəsi ilə bağlı döyüşlər davam edir.

Ukrayna Silahlı Qüvvələrinin məlumatında indiyə qədər Rusiya Ordusunun 88 təyyarə və helikopterin vurulduğu əksini tapıb.