Evlərini tərk edən 2 koronavirus xəstəsi saxlanılıb - FOTO

19:27 04.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şabran rayon sakinləri Əflatun Həşimov və Sabir Məmmədov COVID-19 testlərinin nəticələri pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilmələrinə baxmayaraq yaşadıqları ünvanları tərk etdikləri müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan hafta.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxslərlə profilaktik söhbətlər aparıblar və yaşadıqları ünvanlara geri qaytarılıblar.

Faktlarla bağlı RPŞ-də araşdırma aparılır.

Oxunma sayı 22