Fəhlə yeni tikilən binadan yıxılaraq ölüb

21:42 12.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 12-i saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1993-cü il təvəllüdlü Orxan Bəndəliyevin hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nərimanov prokurorluğundan hafta.az-a bildirilib ki, ilkin araşdırmalarla müəyyən olunub ki, Nərimanov rayonunda yeni tikilməkdə olan binanın tikintisində fəhlə işləyən Orxan Bəndəliyev iş görən zaman binanın 11-ci mərtəbəsindən ehtiyatsızlıqdan 2-ci mərtəbənin damına yıxılması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Oxunma sayı 41