Fəhlənin başına daş düşdü

13:15 04.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün səhər Bakıda bədbəxt hadisə baş verib.

Hadisə Bakıxanov qəsəbəsindəki "Uğur-2" yaşayış kompleksində qeydə alınıb. Həmin binanın yenidənqurma işlərində çalışan Rauf Cabbarovun başına daş düşüb. Müxtəlif dərəcəli xəsarətlər alan fəhlə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Travmatologiya şöbəsinə yerləşdirilən R.Cabbarova başın travması, döş qəfəsinin xəsarəti və çiyinin əzilməsi diaqnozu qoyulub.