FHN Abşeronda əməliyyat-taktiki təlimi keçirib

12:41 19.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyi tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır” şüarı altında nazirliyin Abşeron rayonunda yerləşən “N” saylı hərbi hissəsində genişmiqyaslı əməliyyat - taktiki təlimi keçirilib.

Hafta.az xəbər verir ki, təlimə çoxsaylı şəxsi heyət, texnika cəlb olunub.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Azərbaycanda səfərdə olan Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi xanım Njupuo Yap Mariatu və digər qonaqlar təlimi izləyiblər.

Təlimdə qarşıya qoyulmuş məqsədə nail olunub.