FHN Akademiyasına sənəd qəbulu müvəqqəti dayandırılır

15:28 19.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkəmizdə yeni növ koronavirusla (COVID-19) mübarizə çərçivəsində ciddi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq, məhdudiyyətlərin mövcud olduğu müddət ərzində Fövqəladə Hallar Nazirliyinin Akademiyasına sənəd qəbulu müvəqqəti dayandırılır.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, sənəd qəbulunun bərpası və seçmə prosedurunun davam etdirilməsi ilə əlaqədar əlavə məlumat veriləcək.