Yazını böyüt
Yazını kiçilt
Sabirabadda yanğın hadisəsi olub.
Hafta.az FHN-ə istinadən bildirir ki, rayonun Əhmədabad kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 30 m² sahədə və evə bitişik, sahəsi 70 m² olan talvarın dam örtüyünün yanar konstruksiyaları yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.