Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi Bərdə şəhər Tofiq İsmayılov adına 1 saylı tam orta məktəbdə “Mülki müdafiə günü” mövzusunda nümunəvi dərs keçirib.
Nazirliyin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, tədbirdə FHN-in Qarabağ Regional Mərkəzinin əməkdaşları, eləcə də məktəbin müəllim və şagird heyəti iştirak edib.
Dərsin keçirilməsində məqsəd məktəbin müəllim və şagird heyətinə mülki müdafiəyə dair biliklərin aşılanması, eyni zamanda, onların fövqəladə hallar zamanı davranış qaydaları barədə məlumatlandırılması olub.
Tədbirdə Mərkəz əməkdaşları əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili, fövqəladə hallar zamanı davranış qaydaları, fərdi mühafizə vasitələri, kəşfiyyat və dozimetrik nəzarət cihazları barədə iştirakçılara ətraflı məlumat verib.
Sonda suallar cavablandırılıb.