Finlandiyada səsvermə başa çatıb

22:49 02.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Finlandiyada parlament seçkilərində səsvermə başa çatıb.

Hafta.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb. İlkin nəticələrin bazar günü axşam açıqlanacağı gözlənilir. Yekun nəticələr aprelin 5-də açıqlanacaq.

Seçkilərdə qeydə alınmış 22 partiyadan 2424 namizəd iştirak edib. Martın 22-dən 28-dək keçirilmiş erkən səsvermə zamanı sakinlərin 39,8 faizi (1 701 525 seçici) öz mövqeyini ifadə edib ki, bu da ölkə üçün yeni rekorddur.

Finlandiyada əvvəlki parlament seçkiləri 2019-cu ilin yazında keçirilib. Nəticədə beş partiyanın nümayəndələrindən hökumət formalaşdırılmışdı.