Fransa Cənubi Qafqazda çaxnaşma yaratmaq niyyətindədir - Azay Quliyev

11:56 20.10.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Fransa oktyabrın sonlarında Brüsseldə gözlənilən sülh danışıqlarının baş tutmaması üçün ən müxtəlif təhdidedici addımlara əl atır. Fransa Cənubi Qafqazda çaxnaşma yaratmaq niyyətindədir”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Azay Quliyev Brüsselin sülh formatını pozması ilə bağlı bildirib.

A.Quliyev 2 gün öncə Avropa Şurasında Fransanın təşəbbüsü ilə Avropa nümayəndəliyinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməyə diqqət çəkərək, burada əvvəlki ritorikanın –“blokada, etnik təmizləmə” kimi fikirlərin səsləndiyini bildirib.

“Əgər Brüssel danışıqları baş tutmasa, Fransa Azərbaycana yönəlik digər qərəzli addımlar atacaq. Azərbaycanın sülh danışıqlarından imtina etdiyini göstərməklə müəyyən qərəzli qətnamələr qəbul etməyə cəhd edəcək. Lakin Fransa bilməlidir ki, tək özünün havadarları ilə döyüş meydanına uduzmayıb, həm də diplomatiya sahəsində uduzub. Unutmamalıdırlar ki, bu cür qətnamələr Azərbaycanı öz yolundan döndərə bilməz”.