Ukrayna Baş Kəşfiyyat İdarəsinin Kirill Budanov hesab edir ki, üsyan cəhdindən sonra Rusiya "FSB"-yə(Federal Təhlükəsizlik Xidməti) "Vaqner"in lideri Yevgeni Priqojini aradan götürmək tapşırılıb.
Hafta.az xəbər verir ki, “Ukrainskaya pravda”nın yazdığına görə Baş Kəşfiyyat İdarəsinin(BKİ) mətbuat xidməti K.Budanovun “The War Zone” nəşrinə müsahibəsinə istinadla məlumat yayıb.
"Biz onların ciddi təsirindən (Rusiyanın Ukraynaya qarşı müharibəsinə - BKİ) danışa bilmərik, çünki bütün bu hadisələr çox qısa müddət davam edib. Bununla belə, Rusiya Federasiyasının Hərbi Kosmik Qüvvələrinə müəyyən ziyan dəyib. İkincisi, biz "Vaqner"-in Ukraynada öz əməliyyatlarını həyata keçirən ayrıca qurum kimi meydana çıxacağını gözləmirik və hesab edirəm ki, bu amil bizim üçün kifayət qədər vacibdir. ...Biz bilirik ki, Priqojini öldürmək işi "FSB"-yə həvalə olunub. Bu işdə uğur qazanacaqlarmı? Bunu zaman göstərəcək. Bu və ya digər şəkildə, bütün potensial sui-qəsd cəhdləri tez olmayacaq. Onlara uyğun yanaşmalar hazırlamaq və genişmiqyaslı əməliyyata hazır olduqları mərhələyə çatmaq üçün müəyyən vaxt lazımdır. Ancaq vurğulamaq istərdim ki, bu, böyük və açıq sualdır. Onlar bunu bacaracaqlarmı? Onlar bu əmri yerinə yetirməyə cəsarət edəcəklərmi?”- deyə Ukrayna baş kəşfiyyatçısı bildirib.
K.Budanov əlavə edib ki, Rusiya daxilində sabitliyi pozmağa yönəlmiş istənilən hərəkət Ukrayna üçün faydalıdır.