FTB 20 il əvvəl qaçırılan uşağı tapana 40 min dollar verəcək

09:15 17.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ Federal Təhqiqat Bürosu - FTB 20 ildir açılmamış uşaq oğurluğu cinayəti ilə bağlı məlumat almaq üçün verəcəyi mükafatı artırıb.

Hafta.az-ın yazdığına görə, Coşua Keşaba Syerra Garsia 12 avqust 2003-cü ildə Mexikoda qaçırılanda üç yaşını tamamlamağa dörd ay qalmışdı. Balaca oğlan qohumları ilə ölkəyə səfər edirdi və burada vaftiz olunmalı idi. Ancaq 20 ildən çox vaxt keçsə də, Coşuanın 14 yaşlı baxıcısı adam oğurluğu zamanı hücum nəticəsində dünyasını dəyişib və ailəsi hələ də baş verənlərə cavab axtarır.

FTB indi Coşuanın "diri və ya ölü" tapılmasına səbəb olacaq məlumat verən hər kəsə 20 min dollar mükafat təklif edir.

Ötən həftə, Coşuanın oğurlanmasının 20-ci ildönümündə mükafat məbləği iki dəfə artırılıb. Mükafat elanı ilə yanaşı, Coşuanın yaşlaşdığını əks etdirən foto da paylaşılıb.

FTB-nin Los-Anceles Sahə Ofisinin direktor müavini Donald Aldvays NBC News-a deyib: “İllər ərzində həm ABŞ-da, həm də Meksikada Coşuanı tapmaq üçün bir çox araşdırma addımları atılmış olsa da, onu tapmaq mümkün olmadı. Ümid edirəm ki, mükafat təklifi, yeni fotoşəkil və əlavə araşdırma üsulları Coşua ilə əlaqə saxlamaq və ailəsi üçün bu işi çözmək məqsədilə bizə kömək göstərəcək biliyə malik birini aşkar edəcək".

Coşua yoxa çıxanda 91 sm boyu və təxminən 11-13 kiloqram ağırlığında idi. Onun gözləri qəhvəyi, saçları isə qaradır.