Füzuli İsmayılov Moskva yaxınlığında qadınları daşqından xilas etdi - FOTO  

17:37 28.07.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Moskva yaxınlığındakı Odintsovo şəhərində içərisində sərnişinləri olan mikroavtobus pis hava şəraiti səbəbindən su əsarətirinə düşüb. Sürücü xilasediciləri gözləməyərək, insanları öz gücü hesabına - qucağında təhlükəsiz yerə daşıyıb.

Hafta.az xəbər verir ki, bu haqda  Rusiyanın "Tsarqrad" nəşri məlumat yayıb.

Mikroavtobusda başqa kişilər də olub, lakin heç kim sürücüyə kömək etməyə başlamayıb. Nəticədə kişi sərnişinlər özləri çıxıb gediblər, qadınları isə Füzuli özü daşıyıb.

Şahidlər ağır yükü olan tamamilə islanmış sürücü tərəfindən edilən ən azı altı gediş edilməsini sayıblar.

Qəhrəmanın adı Füzuli İsmayılovdur, "Alfa-Qrant" nəqliyyat şirkətində işləyir. Onun milliyyəti haqda məlumat verilməsə də, azərbaycanlı olduğu ehtimal edilir.

Proses kiminsə telefon kamerasına, sonra isə sosial media lentlərinə düşüb.