Füzulidə traktor maşınla toqquşdu - 2 yaşlı uşaq öldü

11:00 19.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Füzulidə traktor minik avtomobili ilə toqquşub. 

Hafta.az xəbər verir ki, hadisə 18 fevral Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli rayonu, Alıxanlı kəndi ərazisindən keçən hissəsində baş verib. 

1997-ci il təvəllüdlü Məmmədov Xəyyam İlham oğlu idarə etdiyi “Mercedes Benz” markalı avtomobili ilə 1997-ci il təvəllüdlü Məhərrəmov Əmrah İbrahim oğlunun “Belarus 892” markalı traktorla toqquşub.

Nəticədə Xəyyam Məmmədovun avtomobilində olan oğlu 2023-cü il təvəllüdlü Rəşad Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb və istintaq aparılır.