Gələn ildən bu şəxslər də ünvanlı sosial yardım ala biləcək

17:49 07.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gələn ildən insanların ünvanlı sosial yardım almaq üçün müraciət imkanları genişlənəcək.

Bunu hafta.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, ünvanlı sosial yardımı təyin etmək üçün lazım olan ehtiyac meyarı 170 manatdan 200 manata artırıldığına görə ünvanlı sosial yardım almaq üçün müraciət etmək imkanı da artır.

“Əvvəl ehtiyac meyarı 170 manat idi, yəni kimin ailəsinə 170 manata qədər gəlir gəlirdisə, onlar ünvanlı sosial yardım almaq üçün müraciət edə bilərdi. Gələn ildən isə ehtiyac meyarı 200 manata qaldırıldığına görə 200 manata qədər gəliri olan ailələr də müraciət etmək imkanına malik olacaq. Düzdür, indidən nə qədər insanın müraciət edəcəyini demək olmaz, ancaq daha çox insan müraciət edə biləcək”, - deyə komitə sədri bildirib.

Qeyd edək ki, ünvanlı dövlət sosial yardımı almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.

Oxunma sayı 120