Gəncəçayda batan 2 nəfərin meyiti tapılıb - YENİLƏNİB

16:15 07.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncəçay çayının Göygöl şəhərindən keçən hissəsində batdığı ehtimal olunan 2004-cü il təvəllüdlü Səfərov Akif Arzu oğlu və 2007-ci il təvəllüdlü Rzayev Ruzgar Famil oğlunun axtarışları başa çatıb.

Hafta.az FHN-ə istinadən xəbər verir ki, A.Səfərovun və R.Rzayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Göygöl şəhərində 2 nəfərin Gəncəçay çayında batması barədə məlumat daxil olub.

Hafta.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Əlavə məlumat veriləcək.