Gəncədə 25 yaşlı qadın qətlə yetirilib

17:37 23.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə qətl hadisəsi baş verib.

Hafta.az-ın məlumatına görə hadisə şəhərin "Posyolka" adlanan ərazisində qeydə alınıb.

1997-ci il təvəllüdlü Aynur Vəliyeva bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq qadın dünyasını dəyişib.

Hadisəni törədən şəxsin tutulması istiqamətində axtarışlar davam edir.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 307