Gəncədə 47 yaşlı kişi bıçaqlandı

17:20 08.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Hafta.az-ın məlumatına görə, hadisə şəhər ərazində qeydə alınıb.

Belə ki 1978-ci il təvəllüdlü A.Bəricaz bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.