Gəncədə baş verən qətllə bağlı cinayət işi başlanıb

14:11 19.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə şəhər sakini Züleyxa Şirinovanın aldığı bıçaq xəsarətlərindən xəstəxanada ölməsi faktına görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən hafta.az-a bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən zərərçəkmişin əri Ruslan Şirinov şübhəli şəxs qismində saxlanılıb.