Yazını böyüt
Yazını kiçilt
Gəncədə zəhərlənmə hadisəsi baş verib.
Hafta.az xəbər verir ki, hadisə şəhərdə fəaliyyət göstərən obyektlərin birində qeydə alınıb.
TƏBİB-dən verilən məlumata görə, bu gün saat 18:20 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 3 nəfər (2 qadın, 1 kişi cinsli) hospitalizasiya olunub. Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu təyin edilən şəxslərə zəruri tibbi yardım göstərilib.
Vəziyyəti stabil olan 2020-ci il təvəllüdlü pasiyent ambulator müalicə üçün evə buraxılıb. 1990-cı il və 2007-ci il təvəllüdlü şəxslərin müalicələri isə davam etdirilir, vəziyyətləri orta ağırdır.
İlkin məlumata görə, onlar qidadan zəhərləniblər.