Gömrükçülər "Yaşıl Marafon" ağacəkmə tədbirlərində iştirak ediblər

19:10 04.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 4-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Yaşıl Marafon" ağacəkmə kampaniyasına Dövlət Gömrük Komitəsinin rəhbərliyi və əməkdaşları, eləcə də "Könüllü gömrükçü" dəstəsinin üzvləri növbəti dəfə qoşulub.

Hafta.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, "ASAN xidmət" mərkəzlərinin, Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmilərinin və əməkdaşlarının, eyni zamanda könüllülərin də qatıldığı kampaniya çərçivəsində Xocasən qəsəbəsində 4 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 4000-ə yaxın müxtəlif cinsli ağac əkilib.

Qeyd edək ki, "Yaşıl Marafon" kampaniyası çərçivəsində ağacəkmə tədbirləri bu gün Bakının Müşfiqabad qəsəbəsində və ölkənin digər regionlarında da keçirilib.

Oxunma sayı 24