Goranboy sakinini "tok" vurdu

20:25 08.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlaxda bədbəxt hadisə baş verib.

Hafta.az-ın xəbərinə görə, hadisə Yevlax şəhər dəmir yolu stansiyasında baş verib.

Belə ki, 1981-il təvəllüdlü, Goranboy rayon sakini Bayramov Niyaməddin İsax oğlu elektrik cərəyan vurması nəticəsində vəfat edib.

Faktla bağlı araşdırma başlanıb.