İyunun 21-i saat 12 radələrində Göyçay rayon sakini 1977-ci il təvəllüdlü Akif İbrahimovun qatarın vurması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.
Ucar Rayon Prokurorluğunun hafta.az-a daxil olan məlumatına görə, aparılmış ilkin araşdırmalarla Bakı-Tbilisi dəmir yolu xəttinin Ucar rayonu ərazisindən keçən 234-cü kilometrdə hərəkətdə olan qatarın Akif İbrahimovu vurması nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən hadisə yerində ölməsi müəyyən edilib.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.