Göyçayda 31 yaşlı qadını cərəyan vurub öldürüb

13:28 05.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göyçayda bədbəxt hadisə baş verib.

Hafta.az xəbər verir ki, hadisə Göyçay rayonunun Ləkçılpaq kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Sevda Xadiməsgərini yaşadığı evdə elektrik cərəyanı vurub. Onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.