Göyçayda elektrik verilişi tam dayandırılıb

22:39 31.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 31-də günün ikinci yarısında Göyçay rayonunda başlayan güclü küləklə müşayiət edilən leysan xarakterli yağış axşam saatlarında dayanıb.

Hafta.az xəbər verir ki, hazırda rayon fövqəladə hallar komissiyası tərəfindən zərər çəkmiş evlərə, ərazilərə baxış keçirilir. Yolun hərəkət hissəsinə, dam örtüklərinin üzərinə aşan ağaclar təmizlənir.

Qəzalı vəziyyətə düşən elektrik və rabitə dirəklərinin, naqillərinin bərpası üçün xüsusi işçi qüvvəsi işləyir. Buna baxmayaraq, kəndlər də daxil olmaqla rayon mərkəzinə elektrik enerjisinin verilişi tam dayandırılıb. Qaz xətlərinə ciddi zərər dəyməsə də, təhlükəsizlik baxımından şəhərin bəzi ərazilərinə qaz təchizatı da dayandırıb.

Kəndlərdə taxıl, bostan sahələrinə, meyvə bağlarına, fərdi evlərə, rayonda yaşayış binalarına ciddi zərər dəyib.

Hazırda rayona dəyən zərərlə bağlı araşdırma aparılır.